Ermənistan mətbuatı noyabrın 12-də Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinin Ağdam rayonu istiqamətində məhv edilən helikopterin ekipaj üzvlərinin şəkilini yayıblar. Modern.az saytı xəbər verir ki, işğalçı ölkə rəsmilərinin iddasına görə, məhv edilən helikopterin ölmüş ekipaj üzvlərinin meyitləri Azərbaycan Ordusunun mövqelərinə yaxın ərazidən götürülüb.
Azərbaycan Müdafiə Nazirliyi isə bildirir ki, ermənilər helikopterin düşdüyü ərazidə daim vəziyyəti gərginləşdirir və beynəlxalq qurumları da bu məsələyə cəlb etməyə cəhd göstərirlər. Nazirlik ermənilərin meyitləri götürdüyünü təkzib edib.
”Həmin istiqamətdə Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib və ərazi tam nəzarət altındadır”.
Ermənistana məxsus Mİ-24 hərbi vertolyotu noyabrın 12-də hərbçimiz İlkin Muradov tərəfindən “İqla” daşınabilən zenit raket kompleksi ilə vurulub. Nəticədə helikopterlə birgə onun ekipajı – mayor Sergey Saakyan, baş leytenant Sarqis Nazaryan və leytenant Azat Saakyan da məhv edilib.

Modern.az