
- Bizim ərazidə "polisin adamı" kimi tanınan biri var. Mənə zəng etmişdi ki, ərazidə bəzi təmir işləri aparmalıyıq və mənimlə danışmalıdır. Artıq zəng edəndə anlamışdım ki, nəsə mənə qarşı həbs hazırlanır. Axşam marketdən bəzi şeylər alıb çıxanda arxadan yaxınlaşdı. Bir neçə nəfər də vardı. Dedilər bizimlə gəlməlisən. Bildirdim ki, rəsmi çağırış göndərin. Dedilər ki, gəlməlisən - vəssalam. 4-cü polis bölməsinə apardılar. Oradan da Binəqədi polis idarəsinə. "Azadlıq" qəzetindəki fəlaiyətimlə maraqlandılar.
Xalid Qarayev deyir ki, İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsində onunla normal rəftar edilib.
X.Qarayev oktyabrın 29-da həbs edilib. Bir gün sonra Binəqədi Rayon Məhkəməsi onu xuliqanlıq və polisə tabe olmama ittihamı ilə 25 gün müddətinə həbs edib. Müdafiə tərəfi bu həbsi siyasi sifariş sayır.
Bir neçə beynəlxalq təşkilat Xalid Qarayevlə bağlı bəyanat yaymışdı. Bəyanatda Azərbaycan hökümətini jurnalisti azad etmək və ölkədə fərqli düşünənlərin təqibinə son qoymaq tələb olunurdu
Modern.az