“İraq Şam İslam Dövlətİ” (İŞİD) terror təşkilatı internetdə yenə qan donduran video yayıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Suriyanın Rakka şəhərində İŞİD-in əlində əsir olan 4 Suriya əsgəri Bəşər Əsədə tabe olan qüvvələrin təyyarələri tərəfindən bombalanan bir binanın önündə güllələnərək edam ediliblər. Əskərlərin edamından əvvəl kamera qarşısına keçən bir yaraqlı deyir:
“Əsəd təyyarələri arxamızdakı dinc xalqımıza aid binanı bombaladı və bunun nəticəsində çox sayda müsəlman öldü. ABD-nin rəhbərliyi ilə bəzi körfəz ölkələrinin də qatıldığı koalisiya və Əsəd rejimi nə etsələr “İslam Dövləti” qalır və daha da genişlənir”.
Bundan sonra bombalanma nəticəsində ölən dinc sakinlərin cəsədləri görünür. Daha sonra Əsəd ordusunda xidmət etdikləri iddia edilən hərbi forma geyən gözləri və qolları bağlı 4 əsgər maskalı yaraqlılar tərəfindən bombalanmaya məruz qalan binanın önünə gətirilir. Üzü bağlı bir terrorçu Əsəd rejiminə səslənir: “Bu gün həyata keçirdiyimiz bu edamı etdiyiniz qətliamlara qarşı bir cavab olaraq gerçəkləşdiririk”.
Sonra yerdə diz çökmüş halda olan 4 əsir 4 silahlı yaraqlı tərəfindən başlarından güllələnərək edam edilir və cansız bədənləri iplərlə avtomobillərin arxasına başlayaraq Rakka şəhərinin küçələrində sürüyürlər.



Modern.az