Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üçün tikiləcək yeni binanın layihə görüntüləri açıqlanıb.
Komissiyanın yeni binasının TQDK-nın hazırda yerləşdiyi binanın yerində (Həsən Əliyev küçəsi 17) tikiləcəyi dəqiqləşib. buro247.az-ın yaydığı fotoların isə yeni bina üçün təklif edilən layihələrdən biri olduğu bildirilir.
Qeyd edək ki, komissiyanın hazırda fəaliyyət göstərdiyi binası yaxın günlərdə söküləcək. TQDK-nın səlahiyyətlərinin artırılması və yeni şöbələrin yaradılması Komissiyada yerləşmə işlərində çətinlik yaradır. Yeni bina tikilənə qədər isə TQDK Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 1 ünvanında fəaliyyət göstərəcək. Komissiyanın şöbələrinin bir hissəsi isə Bakı Asiya Universitetində fəaliyyət göstərəcək.
Hazırki binanın sökülməsi onun qəzalı olması ilə əlaqələndirilir.


Modern.az