Modern.az

“Bakı 2015” Avropa Oyunları ilə bağlı möhtəşəm şou keçiriləcək

“Bakı 2015” Avropa Oyunları ilə bağlı möhtəşəm şou keçiriləcək

Təhsil

24 Noyabr 2014, 12:02



“Bakı 2015” Avropa Oyunlarının açılış mərasiminə 200 gün qalmasını qeyd etmək məqsədilə paytaxtda işıqlandırma effektlərindən ibarət möhtəşəm şou təşkil ediləcək.

Bu barədə Modern.az-a Avropa Oyunları Təşkilat komitəsindən  bildiriblər: “İlk Avropa Oyunlarının başlamasına qalan 200 günü qeyd etmək üçün noyabrın 24-ü İçərişəhərdə şəhəri işıqlandıracaq və diqqətçəkici nümayiş baş tutacaq.

“Bakı 2015”in təsviri əfsanəvi Qız Qalası memarlıq abidəsinin üzərində möhtəşəm şəkildə nümayiş olunacaq və axşam “Bakı 2015”lə bağlı xüsusi bir xəbər elan olunacaq.

Tədbir axşam saat 8-də başlayacaq və sonda möhtəşəm işıqlandırma effektlərindən ibarət şou ilə başa çatacaq”.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı