Modern.az

Şamaxı Rəsədxanası NASA-ın iddiasını RƏDD ETDİ

Şamaxı Rəsədxanası NASA-ın iddiasını RƏDD ETDİ

Təhsil

24 Noyabr 2014, 14:21

ABŞ-ın NASA agentliyinin bugünkü açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəziləri bunun əvvəlki proqnozlar kimi uydurma, digərləri isə inandırıcı olduğunu deyir. Agentlik 2014-cü il dekabrın 16-dan 22-nə kimi Yer kürəsinə qaranlıq çökəcəyini bildirib. 

Şamaxı Astrofizika Rəsədxanasının direktoru Eyyub Quliyev Modern.az-a açıqlamasında dünyada belə bir prosesin baş verməyəcəyini və təşviş üçün heç bir əsas olmadığını bildirib:
“Şamaxı Astrofizika Rəsədxanası olaraq bəyan edirik ki, “dünya qaranlığa qərq olacaq” fikri tamamilə uydurmadır. Belə bir proses baş verməyəcəyindən Azərbaycana da heç bir təsiri olmayacaq”.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!