Modern.az

Donetskdə britaniyalı jurnalist yaralanıb

Donetskdə britaniyalı jurnalist yaralanıb

Education

24 Noyabr 2014, 15:15



Britaniyalı reportyor Qrem Fillips Donetskdə ağır yaralanıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, jurnalist hazırda Donetsk şəhərindəki xəstəxanalardan birindədir. Onun hansı şəraitdə yaralandığı dəqiqləşdirilir. Fillipsin hərbi münaqişənin getdiyi Donbasda təxminən altı aydır işlədiyi bildirilir. Bu müddətdə ölkənin cənub-şərqindəki bir neçə qaynar nöqtədə olub, oradan reportajlar hazırlayıb, Rusiya telekanalları üçün süjetlər çəkib. KİV-də dəfələrlə məlumat gedib ki, Ukrayna Silahlı qüvvələri Rusiya meylli mövqeyi ilə seçilən Fillipsə qarşı müharibə elan ediblər.

Bu günlərdə isə  Fillips sosial şəbəkədə Böyük Britaniyaya qayıtmağa hazırlaşdığını yazıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı