Modern.az

İTV-də “Euronews”un ustad dərsləri

İTV-də “Euronews”un ustad dərsləri

Təhsil

24 Noyabr 2014, 15:34


Noyabrın 24-dən Avropanın nüfuzlu telekanallarından biri hesab olunan  “Euronews” öz təcrübəsini İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşları ilə bölüşməyə başlayıb.

İTV-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən mılumata görə,  hər iki telekanal arasında bağlanmış müqaviləyə əsasən, “Euronews”un Xarici Əlaqələr üzrə redaksiyasının rəhbəri Jutta Scheffer və İstanbul şöbəsinin muxbiri Dr. Bora Bayraktar Bakıya gəlib. Noyabrın 29-na qədər davam edəcək ustad dərsləri  “Carçı” xəbərlər proqramının reportyorları üçün nəzərdə tutulub. Gələn ilin fevral-mart aylarında keçirilməsi gözlənilən ustad dərslərindən isə İTV-nin aparıcıları yararlana biləcəklər.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı