Modern.az

Daxili İşlər Nazirliyi moteldəki “sevgi intiharı” haqda yeni XƏBƏR yaydı - Qadının yanındakı kişi tutuldu

Daxili İşlər Nazirliyi moteldəki “sevgi intiharı” haqda yeni XƏBƏR yaydı - Qadının yanındakı kişi tutuldu

Təhsil

24 Noyabr 2014, 15:44


Noyabrın 20-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki “Vulkan” otelinin hamam otağında Sumqayıt şəhər sakini Afaq Şükürovanın meyitinin tapılması ilə əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanıb.

Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mərhumu boğma yolu ilə qətlə yetirən qohumu - Kürdəmir rayon sakini Asim Ağamalıyev tutulub.

Xatırladaq ki, DİN hadisədən sonra yaydığı əvvəlki açıqlamada Afaq Şükürovanın özünü oteldə asaraq intihar etdiyini bildirmişdi.

Amma elə hadisə günü yayılan digər qeyri-rəsmi xəbərdə deyilirdi ki, moteldə baş verən ölüm hadisəsinin faciəli məqamları başqa şey deyir. Bildirilir ki, asılmış vəziyyətdə tapılan Afaq Şükürova ilə onun yanında olan şəxs yaxın qohumu - əmioğlusudur. Əvvəllər bir-birini sevən əmiqızı və əmioğlu bir neçə ildən sonra yenidən görüşüb. Qadın əmisioğlunu sevməsinə baxmayaraq, bu görüşdən çox əvvəl başqasına ərə gedibmiş.
Bir müddətdən sonra görüşən köhnə sevgililərin “Vulkan” moteldə içkinin təsirindən yaxın münasibətdə olduğu söylənilir. O da qeyd olunur ki, bu yaxınlıqdan sonra özünə gələn qadın etdiklərini özünə bağışlaya bilməyib və intihar edib. Yanındakı kişi isə şüşə qırıqları ilə biləklərini kəsib. Əmioğlu polis orqanları tərəfindən saxlanılıb.

DİN-in bu gün yaydığı rəsmi məlumatda isə Afaq Şükürovanın yanındakı kişi tərəfindən öldürüldüyü deyilir

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı