
“Azər-Çex” Cəmiyyətinin sədri Elşən Nəzərov beynəlxalq axtarışa verilib. APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunub ki, 40 yaşlı Elşən Nəzərov dələduzluqda təqsirli bilinir. Azərbaycan hüquq-mühafizə orqanları onun saxlanılması üçün İnterpola müraciət edib.
Qeyd edək ki, E.Nəzərov Çexiyada fəaliyyət göstərən “Azər-Çex” Cəmiyyətinin sabiq sədri, eks baş nazir Sürət Hüseynovun köməkçisi olmuş Saday Nəzərovun oğludur.
Modern.az