Milli Məclisin deputatı Rauf Əliyev, Xəzər Rayon İHB-nın müavini Arif Balayev, Buzovna bələdiyyəsinin nümayəndəsi Əfrasiyab Əmirov Uşaq və yeniyetmələr üçün sümük vərəm sanatoriyasında uşaqlara baş çəkiblər.
Modern.az xəbər verir ki, bu gün 13 saylı Xəzər-Pirallahı seçki dairəsindən seçilmiş deputatı Rauf Əliyev, Xəzər Rayon İHB-nın müavini Arif Balayev, Buzovna bələdiyyəsinin nümayəndəsi Əfrasiyab Əmirov Buzovna qəsəbəsində fəaliyyət göstərən Gindes adına Uşaq və yeniyetmələr üçün sümük vərəm sanatoriyasında uşaqların müalicə və təhsil şəraitləri ilə tanış olublar. Sanatoriya Səhiyyə Nazirliyinin balansındadır. Sanatoriyada 53 uşaq və yeniyetmə müalicə olunurlar. Bundan 28 nəfər təhsillərini sanatoriyanın nəzdində fəaliyyət göstərən orta məktəbdə davam etdirirlər. Uşaqlar üçün mualicə və təhsillərinin davam etdirilməsi məqsədi ilə hər bir şərait yaradılıb.
Sanatoriyanın baş həkimi Məsrurə Həmidzadə bildirib ki, Azərbaycan Respublikasının Prezidenti ehtiyat fondundan ayrılmış vəsait hesabına hal-hazırda Buzovna qəsəbəsində H.Eyvazov küçəsində sanatoriya üçün müasir tələblərə cavab verən yeni sanatoriya binasının tikintisi yekunlaşmaq üzrədir. Səhiyyə Nazirliyindən bildirmişlər ki, sanatoriya ən müasir tibbi avadanlıqlarla və invertarlarla təmin olunacaq.
Modern.az