
“Diasporla İş üzrə Dövlət Komitəsi bir neçə ildir Elşən Nəzərov adlı şəxslə bütün əlaqələri kəsib. Onun fəaliyyəti ilə bağlı dəfələrlə Dövlət Komitəsinə də şikayət xarakterli müraciətlər daxil olub. Bu müraciətlərlə əlaqədar Elşən Nəzərova bir neçə dəfə xəbərdarlıq da edilib”.
Bu barədə Modern.az-a Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Esmira Xəlilova məlumat verib.
Komitə rəsmisi deyib ki, “təəssüf edirik ki, o, bu xəbərdarlıqlardan heç bir nəticə çıxarmayıb. Buna görə də Elşən Nəzərovla əməkdaşlıq tamamilə dayandırılıb. Eyni zamanda, Elşən Nəzərovun diaspor təşkilatının rəhbəri kimi də təqdim olunması doğru deyil. Çünki o, faktiki olaraq bir neçə ildir ki, bu sahədə fəaliyyətini dayandırıb. Rəsmi olaraq bildiririk ki hazırda Çexiyada iki Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir: Azərbaycan Tələbə Şəbəkəsi (sədri- Eldar Vəliyev) Praqa Azərbaycan Gənclər və Tələbə Assosasiyası (sədri Cavid Əlizadə). Dövlət Komitəsi hazırda Çexiyada bu təşkilatlarla əməkdaşlıq edir”.
Qeyd edək ki, Çexiyadakı “Azər-Çex” Cəmiyyətinin sədri Elşən Nəzərov İnterpolun beynəlxalq axtarışına verilib. Azərbaycan hüquq-mühafizə orqanlarının onun saxlanılması üçün İnterpola müraciətində E.Nəzərov dələduzluqda ittigam olunur.
Gülşən RAUFQIZI