Modern.az

Milli komandamıza xorvat baş məşqçi gətirilir - AFFA

Milli komandamıza xorvat baş məşqçi gətirilir - AFFA

Təhsil

24 Noyabr 2014, 17:55


Futbol üzrə Azərbaycan milli komandasına rəhbərlik edəcək daha bir məşçinin adı məlum olub. Modern.az saytı Azərbaycan Futbol Federasiyaları Assosiasıyasına (AFFA) istinadən xəbər verir ki, bu, xorvatiyalı məşqçi Robert Prosineçkidir.
Azərbaycan milli komandasının baş məşqçi vəzifəsinə namizədlərdən biri olan Robert Prosineçki artıq Bakıdadır. Hətta o, noyabrın 24-də Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində “Dalğa Arena”da keçirilən “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşmasını stadiondan canlı izləyir. O, ölkəmizin futbol təsərrüfatı ilə tanış olduqdan sonra AFFA rəhbərliyi ilə danışıqların növbəti mərhələsinə başlayacaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı