Modern.az

Türkiyədə Aydınlar Ocaqlarının toplantısısında Kəlbəcər girovları haqda bəyanat verildi

Türkiyədə Aydınlar Ocaqlarının toplantısısında Kəlbəcər girovları haqda bəyanat verildi

Təhsil

24 Noyabr 2014, 18:19

Türkiyənin Adana şəhərində keçirilən Aydınlar Ocaqlarının 40-cı Şura toplantısı başa çatıb. Azərbaycan Aydınlar Ocağının sədri Vüqar Qədirovun rəhbərliyi ilə 5 nəfərdən ibarət nümayəndə heyəti 40-cı Qurultayda iştirak edib. Konfransa Türkiyə Böyük Millət Məclisinin üzvləri, Adana şəhərinin bələdiyyə başqanı, 30-dan artıq Aydınlar Ocaqları birliklərinin nümayəndələri qatılıb.

Şura toplantısının yekununda Kəlbəcər girovları Həsən Həsənovun Azərbaycanın işğal olunmuş ərazisində ermənilər tərəfindən öldürülməsini pisləyən, Dilqəm Əsgərov və Şahbaz Quliyevin isə dərhal azad olunmasını tələb edən bəyanat qəbul edilib.

Bəyanatda deyilir.

“1988-ci ildən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına silahlı təcavüzü nəticəsində 20%-dən artıq Azərbaycan ərazisi işğal edilib, 1 milyondan artıq azərbaycanlı hələ də qaçqın və məcburi köçkün kimi yaşamaqdadırlar. İşğal edilmiş Azərbaycan torpaqlarından erməni silahlı qüvvələrinin dərhal çıxarılması ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnamə yerinə yetirilməyib, əksinə, Ermənistanın Azərbaycan torpaqlarına işğalı bu gün də davam etməkdədir.  Aydınlar Ocaqları 40-cı Şurasının nümayəndələri dünya birliyini - BMT-ni, ATƏT-in Minsk qrupunun həmsədrlərini Ermənistanın təcavüzkar siyasətlərinə biganə qalmamağa, ikili standartlara son qoymağa çağırır, eyni zamanda öz dədə-babalarının məzarını ziyarət etmək üçün ermənilər tərəfındən işğal edilmiş Kəlbəcər rayonuna gedərkən girov götürülmüş və bü günə qədər işgəncələrə məruz qalan Dilqəm Əsgərov və Şahbaz Quliyevin dərhal azad olunmasını tələb edirik”.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı