Modern.az

Arif Hacılı Tural Abbaslı ilə görüşdü: “Səmərəli oldu”

Arif Hacılı Tural Abbaslı ilə görüşdü: “Səmərəli oldu”

Təhsil

24 Noyabr 2014, 20:00


Müsavat başqanı Arif Hacılı bu gün  keçmiş başqanlığa namizədlərdən olan Tural Abbaslı ilə görüşüb. 

Modern.az saytının məlumatına görə bu barədə Arif Hacılı özünün facebook hesabında məlumat verib. O bildirib: “Tural Abbaslı ilə görüşdüm. Bir çox məsələlər barədə ətraflı söhbət etdik. Məncə, səmərəli oldu”.  

Qeyd edək ki, Arif Hacılı Müsavat Partiyasının başqanı seçiləndən sonra təşkilat daxilində qalmaqallar başlayıb. Arif Hacılıdan narazılar onun başqan olmasına qarşı çıxır. Belə bir məqamda narazıların partiya daxilində fraksiya yaratması məsələsi də  gündəmdədir. Fraksiya məsələsini isə ilk dəfə gündəmə gətirən Tural Abbaslı olub.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı