Modern.az

Rauf Mirqədirovun vəkillərinin şikayətinə baxılacaq

Rauf Mirqədirovun vəkillərinin şikayətinə baxılacaq

Təhsil

25 Noyabr 2014, 10:38

“Bu gün  saat 12:00-da Nəsimi Rayon Məhkəməsində hakim Elman Sarıyevin sədrliyi ilə Rauf Mirqədirov barəsində seçilən həbs qətimkan tədbirinin uzadılması zamanı iclasın protokolunda yol verilən nöqsanlar müzakirə olunacaq”.

Bu barədə Modern.az-a jurnalistin vəkili Elmar Süleymanov məlumat verib.

Rauf Mirqədirovun noyabr ayının 18-də istintaq müddəti başa çatsa da, onu azadlığa buraxmayıblar. 2 gün sonra isə onun barəsində həbs qətiimkan tədbiri seçilərək həbs müddəti daha 5 ay uzadılıb. Onun vəkilləri Elmar Süleymanova və Fuad Ağayevə bu barədə daha sonra məlumat verilib. Buna görə də vəkillər Nəsimi Rayon Məhkəməsinə şikayət ərizəsilə müraciət ediblər.

Rauf Mirqədirov Türkiyədən deportasiya olunaraq Azərbaycana gətirilib. O dövlətə xəyanətdə ittiham olunur.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı