Modern.az

Ermənilər ölən pilotlar üçün "vida mərasim"i təşkil etdi - FOTOLAR

Ermənilər ölən pilotlar üçün "vida mərasim"i təşkil etdi - FOTOLAR

Təhsil

25 Noyabr 2014, 10:58

Ermənistanda Azərbaycan Silahlı Qüvvələrinin məhv etdiyi hərbi vertolyotun ekipaj üzvlərinin cəsədləri ilə saxta "vida mərasimi" keçirilib. Modern.az saytı Ermənistan mətbuatına isitnadən xəbər verir ki, Yerevanın Nor-Nork rayonundakı “Müqəddəs Sarkis” kilsəsində keçirilən "vida mərasimi"nə prezidetn Serj Sərkisyan, baş nazir Ovik Abramyan, müdafiə naziri Seyran Ohanyan, bütün ermənilərin katolikosu II Qaregin, qondarma “Dağlıq Qarabağ Respublikası”nın “müdafiə naziri” Movses Akopyan və başqa şəxslər iştirak edib.

Ermənistan rəhbərliyi bəyan edib ki, erməni pilotların cəsədləri bu gün günorta saatlarında Yerevanın “Yerablur” hərbi məzarlığında "dəfn ediləcək".

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi noyabrın 12-də Ağdam istiqamətində məhv edilmiş Mİ-24 vertolyotunun ölmüş pilotlarının cəsədlərinin cəbhə xəttindəki ərazidə qaldığını bildirir. Erməni tərəfi isə xüsusi əməliyyat keçirərək, guya, cəsdəlrin oradan çıxarıldığını deyir.









Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı