ABŞ-nın Missori əyalətinin Ferquson şəhərində avqustun 9-da siyasi fəaliyyət göstərən gənc qaradərili Mişel Braunu öldürən polis məmuru Daren Vilsonun münsiflər tərəfindən günahsız olduğu söylənilib. Modern.az xarici KİV-rə istinadən xəbər verir ki, bu qərarın verilməsi ölkəni bir-birinə qatıb. Mişel Braunun ailəsinin münsiflərin qərarına qarşı psixi durum yaşadıqları ortaya çıxarkən ABŞ-ın dörd bir yanını etirazlar dalğası bürüyüb.
ABŞ prezidenti Barak Obama bu qərarın verilməsi ilə bağlı çıxış edib. Çıxışı zamanı mühafizəçilərə üzünü tutaraq etirazçılara heç bir şiddət göstərilməməsini xahiş edib. Eyni zamanda, Barak Obama etirazçılara da səslənib. “Böyük münsiflərin verdiyi qərara qarşı hörmət nümayiş etdirməliyik”.
ABŞ-nın Nyu York ştayında da həmin qərara qarşı etirazçılar ayağa qalxıb. “İrqçı polis”, “Polis şiddətinə son”, “Ədalət yoxdursa barış da yoxdur” kimi şüarlar səsləndirən etirazçılar yürüşü davam etdiriblər.
Eyni zamanda Amerikanın tanınmış ulduzları da bu qərara etiraz ediblər. Hal-hazırda etirazçılarla polis arasında avqust ayında baş verən şiddətli hadisələrin yenidən təkrarlanacağından ehtiyat edilir.

Namidə BİNGÖL