Modern.az

"Ali məktəblərə qəbul imtahanlarında dəyişikliklər olub" - TQDK sədri

"Ali məktəblərə qəbul imtahanlarında dəyişikliklər olub" - TQDK sədri

Təhsil

25 Noyabr 2014, 11:50


“TQDK-da fəaliyyət göstərən elmi-metodiki seminarlarda dəfələrlə açıq tipli test tapşırıqlarının sayının artırılması təklifləri səslənib. Bunları nəzərə alaraq,  2015-ci ilin qəbul imtahanlarında uyğunluğu müəyyən etmək üçün tapşırıqlarının sayının 1 ədəd azaldılması və hər ixtisas qrupunda üçüncü bir fəndən açıq tipli test tapşırıqlarının  istifadəsi planlaşdırılır”.

Modern.az-ın məlumatına görə, bu gün keçirilən mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komssiyasının (TQDK) sədri Məleykə Abbaszadə belə deyib.            

O, qəbul imtahanlarında 2015-ci ildə hər ixtisas qrupunda üç fənn üzrə hər birində 4 ədəd test tapşırığının istifadəsinin nəzərdə tutulduğunu deyib.
Gələn il I ixtisas qrupunda riyaziyyat, kimya, fizika, II ixtisas qrupunda riyaziyyat, coğrafiya, ana dili, III qrupda riyaziyyat, tarix, ana dili, IV ixtisas qrupunda isə riyaziyyat, kimya, biologiya fənləri üzrə açıq tipli test tapşırıqları tətbiq olunacaq.

Aşağıdakı cədvəldə bu fənlərin qruplar üzrə çeşidi və həmin fənlərin müvafiq qrupdakı çəki əmsalları təqdim olunur.

İxtisas qrupları

Fənnin adı

Çəki əmsalı

                                               Sayı

I

Riyaziyyat

2

3-hesablama,1-uyğunluğu müəyyən etmək

Fizika

2

2-hesablama,1-seçim,1-uyğunluğu müəyyən etmək

Kimya

1

2-hesablama,1-seçim,1-uyğunluğu müəyyən etmək

II

Riyaziyyat

2

3-hesablama,1-uyğunluğu müəyyən etmək

Coğrafiya

2

2-hesablama,1-seçim,1-uyğunluğu müəyyən etmək

Ana dili

1

2-seçim,1- ardıcıllıq,1-uyğunluğu müəyyən etmək

III

Riyaziyyat

1

3-hesablama,1-uyğunluğu müəyyən etmək

Tarix

2

2-seçim,1-ardıçıllıq,1- uyğunluğu müəyyən etmək

Ana dili

2

2-seçim,1- ardıcıllıq,1-uyğunluğu müəyyən etmək

IV

Riyaziyyat

1

3-hesablama,1-uyğunluğu müəyyən etmək

Kimya

2

2-hesablama,1-seçim,1-uyğunluğu müəyyən etmək

Biologiya

2

2-hesablama,1-seçim,1-uyğunluğu müəyyən etmək

Bununla yanaşı, qeyd etmək lazımdır ki, imtahanın məzmunu ilə bağlı tətbiq edilən bu yenilik  test bloklarının mürəkkəblik dərəcəsinə təsir etməyəcək. Sual kitabçaları formalaşdırılarkən son illərdə olduğu kimi, test tapşırıqlarının  mürəkkəblik dərəcəsinə görə sayları dəyişməyəcək.

Qeyd edək ki, bu yeniliklə bağlı “Abituriyent” jurnalının  1-ci sayında model testlər dərc olunacaq.

Məltəm TALIBZADƏ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı