
Dünən axşam saatlarında sosial şəbəkələrdə Türkiyə Böyük Millət Məclisinin İstanbuldan olan müstəqil millət vəkili, keçmiş məşhur futbolçu Hakan Şükürün yol qəzasına düşərək həyatını itirdiyi haqda məlumat yayılıb. Modern. az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Hakan şükür bu iddiaları öz Twitter hesabında təkzib edib:
“Haqqımda “yol qəzası keçirdi” yalanını sosial mediada yayanların məqsədini ictimaiyyətin müzakirəsinə buraxıram. Allah hər kəsə xeyirli ömür versin. Allahın verdiyi canı vaxtı gələndə Allah alır”.
Modern.az