Modern.az

Nazirlik rəsmisi: "Bələdiyyə seçkiləri gərgin olacaq"

Nazirlik rəsmisi: "Bələdiyyə seçkiləri gərgin olacaq"

Təhsil

25 Noyabr 2014, 13:02


Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası olub. Modern.az saytının məlumatına görə, iclasda bələdiyyələrin statusu, maliyyələşməsi məsələləri müzakirəyə çıxarılıb.

Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək dəyişikliklər texniki xarakter daşıyır. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisi Mehdi Səlimzadənin sözlərinə görə, builki bələdiyyə seçkiləri çox gərgin və maraqlı mübarizə şəraitində keçəcək. Onun fikrincə, buna səbəb ölkədə bələdiyyələrin ildən-ilə artan nüfuzudur:

“Təsadüfi deyil ki, hazırda bələdiyyələrdə bir yerə 3 nəfərin namizədliyi qeydə alınıb. Ancaq insanları inandıra biləcək namizədlər bələdiyyə üzvü seçiləcəklər. Eyni zamanda, 5 illik fəaliyyətləri sona çatmaqda olan bələdiyyələrdən yeni seçiləcək bələdiyyələrə problem yaratmamaq üçün bütün işləri yekunlaşdırmalarını xahiş edirik”.

Onun sözlərinə görə, gələn ilə qədər bələdiyyələrin borc-xərc məsələləri öz həllini tapmalıdır.
Nazirlik rəsmisi deyib ki, ləğv edilən bələdiyyələr və bəzilərinin birləşdirilməsindən sonra təhvil-təslim işləri də yekunlaşmaq üzrədir:

“Ədliyyə Nazirliyi olaraq biz də bu təhvil-təslim işlərinin həyata keçirilməsinə tam olaraq hazırıq”.

Aqşin Kərimov 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı