Modern.az

Ana ölümünə görə həkim cəzalandırılacaq - Səhiyyə Nazirliyi

Ana ölümünə görə həkim cəzalandırılacaq - Səhiyyə Nazirliyi

Təhsil

25 Noyabr 2014, 13:04


“1982-ci il təvəllüdlü Afət Ağayevanın sonuncu hamiləliyi 11 il əvvəl baş verib. Noyabrın 23-də doğuş sancıları ilə xəstəxanaya daxil olub. Doğuş normal keçib. Doğuşdan dərhal sonra anada qanaxma başlayıb, reanimasiya tədbirlərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb”.

Bu barədə Modern.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli məlumat verib.

Onun sözlərinə görə, qadın 3,5 kiloqram çəkidə qız uşağı dünyaya gətirib: “Uşağın vəziyyəti yaxşıdır. Bəzi jurnalistlər xəbəri dəqiqləşdirmədən yazırlar. Hazırda meyit təşhisə verilib. Ekspertizanın nəticələrini gözləyirik, doğuşa yardım komissiyası da araşdırma aparır”.

Nazirlik rəsmisi eyni zamanda araşdırmanın nəticəsindən asılı olaraq həkimin cəzalandırılacağını da istisna etmədi: “Doğuşu həyata keçirən həkimin günahı sübuta yetirilərsə, əlbəttə, o cəzalandırılacaq”.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı