Modern.az

Lənkəranda leysan yağışlar çaylarda suyun səviyyəsi artırıb

Lənkəranda leysan yağışlar çaylarda suyun səviyyəsi artırıb

Təhsil

25 Noyabr 2014, 14:51


Ekologiya və Təbii Sərvətlər Nazirliyi noyabrın 24-ü gündüzdən 25-i səhərədək Lənkəran-Astara bölgəsində müşahidə olunmuş faktiki hava şəraiti haqda məlumat yayıb.

Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumatda qeyd olunur ki,  əvvəlcədən də xəbər verildiyi kimi noyabrın 24-ü gün ərzində, noyabrın 25-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, yağıntılı olub, dağlıq ərazilərdə sulu qar, qar yağıb, bəzi yerlərdə  intensivləşib.

Ən çox düşən yağıntının miqdarı: Lənkəranda 202 (aylıq normanın 120 faizi),  Astarada 111 (aylıq normanın 72 faizi),  Rvarudda (Lerik) 25 mm (aylıq normanın 45 faizi) təşkil edib.

Yağan leysan yağışla əlaqədar Lənkəran-Astara bölgəsinin çaylarında suyun səviyyəsi artıb, Boladıçay-Dıryanda daşqın olub.

Modern.az 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı