Modern.az

“Keşlə qəbiristanlığı köçürülməyəcək” - Rəsmi AÇIQLAMA

“Keşlə qəbiristanlığı köçürülməyəcək” - Rəsmi AÇIQLAMA

تحصیلات

25 Noyabr 2014, 15:18


“Keşlə qəbiristanlığının köçürülməsi tamamilə uydurmadır, ağ yalandır”. Bunu Modern.az-a açıqlamasında Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki əhaliyə vətəndaşlıq xidməti trestinin baş mühəndisi Sabir Həsənov bildirib:

“Əgər belə bir məsələ gündəmə gələrdisə, mütləq məlumatımız olardıq. Qəbiristanlıq köçürülməsi kiçik məsələ deyil. Mütləq şəkildə əvvəldən yer ayrılmaldır, orda çox sayda insanların qəbirləri var. Kimin ağlına nə gəlir yazır. Yazmamışdan əvvəl soruşub dəqiqləşdirmək mümkündür. Mühafizəçidən məlumat alıb yazmaq olar?!”

“Yeni Müsavat” qəzetinin saytında Keşlə qəbiristanlığının köçürülməsinə dair xəbər yer alıb.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı