Alman kəşfiyyatı İŞİD tərəfində döyüşmək üçün İraq və Suriyaya gedən almaniyalı vətəndaşlar barədə açıqlama yayıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, alman kəşfiyyatının nəzdində fəaliyyət göstərən Konstitusiya Mühafizə Təşkilatının başçısı Hans-Georg Maaben açıqlamasında bildirib ki, İŞİD-ə qarşı vuruşmağa 550 almaniyalı gedib. Gedənlərdən bu günə qədər 60 nəfəri vəfat edib.
O bildirib ki, İŞİD tərəfində döyüşəndən sonra Almaniyay qayıdan almanların sayı 180 olub. O, bu qədər itki vermələrinə baxmayaraq alman xalqını bu hadisədən qorxuya düşməməyə səsləyib.
Hans-Georg Maaben kəşfiyyat təşkilatının İŞİD-i xüsusən sosial mediadan izlədiklərini bildirib.
Məltəm Talıbzadə