“Azərbaycan Hava Yolları” və “Türk Hava Yolları” arasında gələcək iş birliyinin yollarını təyin etmək, yeni əməkdaşlıq səhifəsini açmaq məqsədilə “Türk Hava Yolları” İdarə Heyətinin sədri Hamdi Topçunun başçılıq etdiyi nümayəndə heyəti noyabrın 25-də Bakıda səfərdə olub.
Modern.az saytı xəbər verir ki, səfər zamanı “Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov və “Türk Hava Yolları”nın İdarə Heyətinin sədri Hamdi Topçu iki ölkə arasında hava əlaqələrinin daha da möhkəmləndirilməsi, milli aviasiya şirkətlərinə əlverişli mühit yaradılması məsələlərini müzakirə ediblər.