
“AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası dekabrın 3-də, saat 11:00-da AFFA-nın inzibatı binasında keçiriləcək”. Modern.az xəbər verir ki, bu haqda Azərbayacn Futbol Federasiyaları Assosiasiyasından (AFFA) bildirlib.
Sözügedən iclasın gündəliyə aşağıdakı məsələlər daxil edilib:
1. Məşqçilər Komitəsinin yaradılmasının, Əsasnaməsinin və üzvlərinin təsdiqi.
2. Milli Komandanın baş məşqçisinin təsdiqinin müzakirəsi.
3. U-21 yığma komandasının baş məşqçisinin təsdiqinin müzakirəsi.
4. Klublar Komitəsinin yaradılmasının və Əsasnaməsinin təsdiqi.
5. Lisenziyalaşdırma qrupunun məlumatı.
6. Digər məsələlər.
Qeyd edək ki, futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi postuna bir neçə əcnəbi mütəxəssis namizəddir. Onların arasında türkiyəli Yılmaz Vural və xorvatiyalı Robert Prosineçki də var. Xorvat məşqçisinin şansı daha yüksək qiymətləndirilir. Xorvatiya mediasının yaydığı məlumata görə, AFFA ilə müqavilə imzalayacağı halda Robert Prosineçki 1,5 milyon dollar qazanacaq.
Modern.az