Ermənistanda Azərbaycan Silahlı Qüvvələrinin məhv etdiyi hərbi vertolyotun ekipaj üzvlərinin cəsədləri üçün saxta "dəfn mərasimi" keçirilib. Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, “cəsədlər” Yerevanın Yerevandak “Yerablur” hərbi məzarlığında "dəfn edilib".
Pilotlar - 38 yaşlı mayor Sergey Saakyan, 25 yaşlı baş leytenant Sarkis Nazaryan və 22 yaşlı leytenant Azat Saakyanın “dəfnində” Ermənistanın müdafiə naziri Seyran Ohanyan da iştirak edib.
Bu “mərasim”lə Ermənistan rəhbərliyi növbəti dəfə özünü təkzib edib. Belə ki, işğalçı ölkə rəsmiləri noyabrın 12-dən bəri ciddi cəhdlə dünyanın inandırmağa çalışırlar ki, Azərbaycan Silahlı Qüvvələrinin məhv etdiyi Mİ-24 helikopteri guya Ermənistana deyil, qondarma Dağlıq Qarabağ Respublikasına məxsusdur. Belə olan halda sual olunur: pilotların cəsədləri niyə Xankəndində deyil, Yerevanda dəfn olundu?
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi noyabrın 12-də Ağdam istiqamətində məhv edilmiş Mİ-24 vertolyotunun ölmüş pilotlarının cəsədlərinin cəbhə xəttindəki ərazidə qaldığını bildirib. Erməni tərəfi isə xüsusi əməliyyat keçirərək, guya, cəsədlərin oradan çıxarıldığını iddia edir.





Modern.az