Modern.az

Milli Məclisin 8 deputatı Rusiyaya getdi

Milli Məclisin 8 deputatı Rusiyaya getdi

Təhsil

26 Noyabr 2014, 11:48

Modern.az xəbər verir ki, Milli Məclis sədrinin müavini Valeh Ələsgərovun başçılıq etdiyi  parlament nümayəndə heyəti MDB Parlament Assambleyasının  iclaslarında  iştirak  etmək  üçün  noyabrın 26-dan 29-dək Rusiya Federasiyasında səfərdə olacaq. Nümayəndə heyətinin tərkibinə deputatlardan Arif  Rəhimzadə, Elton Məmmədov, Hacı Salayev, Rüfət Quliyev, Mirkazım Kazımov, Fəzail Ağamalı və Elmira Axundova  daxildirlər.
Sankt-Peterburq şəhərində qurumun Şura toplantısı, plenar  sessiyası, Sosial siyasət və insan hüquqları, İqtisadiyyat və maliyyə, Hüquqi məsələlər, Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə daimi komissiyalarının iclasları  keçiriləcək. 
İclaslarda quruma üzv ölkələr arasında parlamentarizm və demokratiya ənənələrinin möhkəmləndirilməsi, yollarda təhlükəsizliyə diqqətin artırılması, əhalinin reproduktiv sağlamlıq hüquqlarının qorunması, yerli özünüidarəetmə orqanları arasında əlaqələrin gücləndirilməsi sahəsində model  qanunlar  müzakirə  ediləcək. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı