Modern.az

Ərəblər “Real”ın 106 illik loqosunu dəyişdirdi

Ərəblər “Real”ın 106 illik loqosunu dəyişdirdi

Təhsil

26 Noyabr 2014, 12:02


Madridin “Real” klubu ərəblərlə iqtisadi razılaşmadan sonra 1908-ci ildən bəri istifadə etdikləri 106 illik loqoda dəyişiklik edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, razılaşmaya əsasən loqodakı xaç işarəsi götürüləcək. Bu maraqlı razılaşma İspaniyanın “kral” klubunun Birləşmiş Ərəb Əmirliklərində olan Milli Abu Dabi Bankı arasında bağlanıb. Bankla bağlanan müqavilədə “Real”ın azarkeşi olan ərəb futbolsevərlər üçün klubun emblemini daşıyan kredit kartları çıxarılması qərarı alınıb.  

Ancaq Bank rəhbərliyi Madrid klubunun emblemində xaç işarəsi olduğunu vurğulayaraq bunun müsəlmanlar üçün xoş qarşılanmayacağını xatırladıb. Bu etiraz üzərinə dövrəyə girən Real Madrid Klubu Başçısı Florentino Perez, razılaşmadan təmin edəcəyi ödənişi qaçırmamaq üçün bir orta yol tapıb.  

Prezident Perez, Real Madridin 106 illik rəsmi emblemini yalnız Birləşmiş Ərəb Əmrliklərində etibarlı olmaq üzrə xaç işarəsinin qaldırılmasına qərar verib. Bu qərar Real Madridli futbolsevərlərin reaksiyası sərt olub. Tərəfdarlar emblemin klubun tarixini və qürurunu təmsil etdiyini irəli sürərək bunun bazarlıq edilməsini tənqid ediblər.    

Gülşən RAUFQIZI

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı