Suriya ordusuna aid döyüş təyyarələrinin terror təşkilatı “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının nəzarətindəki Rakka şəhərinə təşkil etdiyi hava hücumu nəticəsində ölənlərin sayı 130-a çatıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, şəhərdəki dövlət xəstəxanasında adının çəkilməsini istəməyən bir mənbə hava hücumunda həyatını itirərək xəstəxanaya gətirilənlərin sayının 130-a çatdığını, 50-dən çox yaralının isə müalicəsinə davam edildiyini bildirib. Ölənlər arasında qadın və uşaqların da olduğu vurğulanır.



Modern.az