Modern.az

Azərbaycan milli komandası ona tapşırılacaq

Azərbaycan milli komandası ona tapşırılacaq

Təhsil

26 Noyabr 2014, 13:28


Azərbaycan milli komandasının baş məşqçi postuna namizəd olan Robert Prosineçki dünən U-15 Liqası çərçivəsində keçirilən “İnter” – “Qarabağ” və “Fortuna” – “Xəzər Lənkəran” oyunlarını izləyib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının məlumatına görə, Robert Prosineçki eyni zamanda “İnter Arena” və Bayıl stadionlarının infrastrukturu ilə də tanış olub.

Robert Prosineçkiyə göstərilən diqqətdən belə məlum olur ki, AFFA milli komandanı məhz ona tapşırmağı planlaşdırır. Bunu AFFA-dakı adının çəkilməsini istəməyən mötəbər mənbə də Modern.az-a təsdiqləyib.

Qeyd edək ki, baş məşqçi ilə bağlı son qərar AFFA İcraiyyə Komitəsinin dekabrın 3-də keçiriləcək iclasında veriləcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı