Modern.az

İnternetdə yayılan informasiyalara görə məsuliyyət daşıyanlar...

İnternetdə yayılan informasiyalara görə məsuliyyət daşıyanlar...

Təhsil

26 Noyabr 2014, 14:16

Beynəlxalq Mətbuat Mərkəzində “İnternet üzərindən yayılan informasiyalara görə etik və hüquqi məsuliyyət” kitabı təqdim olunub. 

Modern. az xəbər verir ki, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə nəşr olunan stolüstü kitabda internet mediasında yayımlanan informasiyalara görə məsuliyyət öz əksini tapıb.
Jurnalist Həmkarları İttifaqının (JuHİ) sədri, KİVDF Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərli bildirib ki, Azərbaycanda sürətli və aşağı qiymətli internet xidmətinin təşkil edilməsi ölkədə internet istifadəçilərinin sayının sürətlə artmasını stimullaşdırır:
“Təəssüf ki, belə inkişaf müsbət tendensiyalarla yanaşı, ciddi problemləri də gündəmə gətirir. Bu gün interneti, sosial şəbəkələri “nəzarətsiz zona” kimi dəyərləndirənlər də çoxdur. Şəxsi həyatın toxunulmazlığı prinsiplərindən, təhqir və böhtanın yolverilməzliyindən, ailə-məişət mövzusuna dair informasiyaların həssaslığından, “Dövlət sirri haqqında” qanundan xəbərsiz olanlar hüquqi məsuliyyəti nəzərə almadan yaydıqları qeyri-dəqiq, əsaslandırılmamış informasiyalarla həmin informasiya obyektlərinə, həm də özlərinə ciddi problem yaradır. Avqust ayında cəbhə bölgəsində yaşanan qısamüddətli gərginlik zamanı biz bu problemi daha dəqiq müşahidə etdik. Dövlət strukturları, əlaqədar orqanlar problemin aradan qaldırılması üçün müdaxilə etməli oldular. Jurnalistlərin Həmkarlar İttifaqının KİVDF-nin yardımı ilə hazırladığı bu vəsait qeyd edilən problemin aradan qaldırılmasına yardım göstərmək, ölkə vətəndaşlarına internet istifadəsi zamanı həssas yanaşmalı olduqları məsələlər barədə bilgilər vermək məqsədi daşıyır”.

Müşfiq Ələsgərli onu da bildirib ki, vəsait redaksiyalara pulsuz paylanacaq. Kitabın elektron versiyası isə JuHİ-nin saytında yerləşdiriləcək ki, bu da bütün internet istifadəçilərinin ondan faydalanmasına şərait yaradacaq.

Məltəm TALIBZADƏ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı