Modern.az

Əli Kərimlinin yoxa çıxan silahdaşının yeri məlum oldu

Əli Kərimlinin yoxa çıxan silahdaşının yeri məlum oldu

Təhsil

26 Noyabr 2014, 14:48

Dünəndən yoxa çıxdığı söylənilən AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Asif Yusiflinin yeri məlum olub. Modern.az saytı xəbər verir ki, AXCP-dən verilən məlumata görə, Asif Yusiflini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Daha sonra o, Nərimanov rayon Məhkəməsinə aparılıb və haqqında 4 ay həbs-qəti imkan tədbiri seçilib.

Asif Yusifli dələduzluq və sənədlərin saxtalaşdırılmasında ittiham olunur.
A.Yusifli hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır, tezliklə Kürdəxanıdakı təcridxanaya göndəriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!