Modern.az

Türkiyə QHT-lərindən Kəlbəcər girovları ilə bağlı BƏYANAT

Türkiyə QHT-lərindən Kəlbəcər girovları ilə bağlı BƏYANAT

Təhsil

26 Noyabr 2014, 15:17


Türkiyənin bəzi qeyri-hökumət təşkilatları Ermənistanın girov götürdüyü  Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması tələbi ilə çıxış ediblər.

Modern.az xəbər veri ki, bu barədə  Türkiyə KİV-lərində  məlumat yerləşdirilib.   Yayılan məlumatda  qeyd olunub ki, Azərbaycan vətəndaşları Dilqəm Əsgərov  və Şahbaz Quliyev  Kəlbəcər bölgəsində erməni silahlı birləşmələri tərəfindən girov  götürülüb.

Həmin məlumatda məsələ ilə bildirilib:

“Əsgərov və Quliyevin guya  Ermənistanın dövlət sərhədini  “pozduqları” üçün,  onlar Azərbaycanın Ermənistan tərəfindən  işğal olunmuş Dağlıq Qarabağ  bölgəsində heç bir  hüquqi əsası olmadan uydurma məhkəmə tərəfindən mühakimə olunublar. Ermənilərin  həmin şəxsləri girov götürdükləri torpaqlar  Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarıdır. Həmin ərazi Azərbaycanın dövlət sərhədlərinin daxilində olan ərazidir”.  

Məlumatda vurğulanıb ki, bu torpaqlarda doğulub, böyümüş  Dilqəm Əsgərov ,  Şahbaz Quliyev və Həsən Həsənov Ermənistanın işğalçı siyasətinin nəticəsində öz yurdundan zorla çıxardılmış  Azərbaycan vətəndaşlarıdır.  

“Kəlbəcər torpaqlarında  onların ata-babaları yatır. Öz torpaqlarında ailələrinin qəbirlərini ziyarət etməyə, yaşadıqları kəndi yenidən görmək üçün gedən insanlar girov götürülüb. Onların hər hansı gizli bir  planı və niyyəti olmayıb. Onlar doğulduqları torpağı ziyarət etməyə gedəndə ermənilər tərəfindən işğal olunmuş öz torpaqlarında girov götürülüblər”.

Məlumatda həmçinin dünya ictimaiyyətinə səslənən fikirlər də söylənilib:

"Ermənistan tərəfi əllərində olan girovlardan azərbaycanlı Həsən Həsənovu işgəncə edərək vəhşicəsinə öldürüblər. Digər girovlar  isə hazırda mənəvi, fiziki işgəncələrə məruz qalmağa davam edirlər. Biz bu məlumatı yayaraq etinasız qalmamaları  üçün dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönləndirməyə səsləyirik. Dünya Ermənistanın bu haqsızlığına “Dur” deməli və  azərbaycanlı girovları  tez bir zamanda azad etməlidirlər”.

Məltəm Talıbzadə 

 

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı