Qazaxıstanın Qərbi-Qazaxıstan vilayətinin Uralsk şəhərində Azərbaycan vətəndaşı Nəsrəddin Rzayevin məhkəmə prosesi keçirilib.
Modern.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, qəsdən adam öldürmə maddəsi ilə ittiham olunan Rzayev təqsirli bilinərək cəzasını ağır rejimli cəzaçəkmə müssisəsində çəkməklə 11 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaq materiallarına əsasən 2014-cü il avqustun 24-də Azərbaycan vətəndaşları Nəsrəddin Rzayev, F.Məmmədov və Gürcüstan vətəndaşları F.Vəliyev, A. Hüseynov “Kaspi” yay restoranında birlikdə spirtli içki qəbul ediblər. Bundan sonra gecə radələrində onlar evlərinə yollanıblar.
Yolda Nəsrəddin Rzayev və Gürcüstan vətəndaşı Vəliyev arasında məişət zəminində mübahisə düşüb. Mübahisə sonradan dava çevrilib və Nəsrəddin Rzayev opponetinin cibindən düşən bıçaqla 3-4 dəfə zərbə endirməklə onu qətlə yetirib.
Vüqar İsmayılov