Modern.az

Azərbaycanlı səfir Çexiya xarici işlər naziri ilə görüşüb

Azərbaycanlı səfir Çexiya xarici işlər naziri ilə görüşüb

Təhsil

26 Noyabr 2014, 22:07



Noyabrın 26-da Azərbaycanın Çexiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyev Çexiya xarici işlər naziri Lubomir Zaoralek tərəfindən qəbul edilib.
Səfirlikdən Modern.az-a verilən məlumata görə, çexiyalı nazir Lubomir Zaoralek Ermənistan-Azərbaycan münaqişəsinin  sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, ölkələr arasında qarşılıqlı iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə edilib.
Çexiya tərəfinin Azərbaycanın tikinti və nəqliyyat sektorunda həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduğu qeyd edilib. Tərəflər həmçinin regional təhlükəsizlik məsələlərini və ikitərəfli münasibətlərə dair qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.

Modern.az    

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...