Modern.az

3 yaşındakı uşaq anasını öldürdü

3 yaşındakı uşaq anasını öldürdü

Təhsil

26 Noyabr 2014, 22:45


Oklahoma əyalətinə bağlı Tulsa şəhərində 3 yaşındakı bir uşağın evdə divanın altından tapdığı yüksək kalibrli bir silahın tətiyini basaraq 1 yaşındakı qardaşının altını dəyişdirməkdə olan anasının ölümünə yol açması, ABŞ-da odlu silah qadağasını yenidən gündəmə salıb.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Amerika mediasında yer alan xəbərlərə görə, adı açıqlanmayan üç yaşındakı uşaq evlərində divanın altında saxlanan çox sayda silahdan birini alaraq tətiyinə toxunub.Və silahdan çıxan güllə 26 yaşındakı ana Christa Englesin ölmünə səbəb olub. Qayınanası Christina Engles, iki uşağı və həyat yoldaşı Brian Engles ilə yaşayan Christa Englesin cəsədini işdən evə dönən qayınanası görüb. İki uşağın da qanlar içində olduğu və üç yaşındakı uşağın davamlı olaraq ' anam vuruldu ' dediyi ifadə edilib.

Xəbərlərdə, üç yaşındakı oğlu tərəfindən qəzayla vurulmasının ardından təxminən bir saat sonra can verdiyi ifadə Christa Englesin daha əvvəl ABŞ ordusunda vəzifə yerinə yetirdiyi, başqa bir əyalətdə olan və TIR şoferliyi edən həyat yoldaşı Brian Englesin hadisəni eşidər-eşitməz Oklahomaya döndüyü məlumatlarına da yer verilib.

Polis evdə müxtəlif silahların olduğunu açıqlayıb.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı