Türkiyənin baş naziri Əhməd Davudoğlu İraq Baş naziri Heydər əl-İbadi və İraq Kürd Regional Rəhbərliyi (IKBY) sədri Məsud Bərzani ilə telefonla danışıb.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir Davudoğlu, İbadi ilə Kərkükdəki təhlükəsizlik vəziyyəti, eyni zamanda İraq səfərinin nəticələrini və önümüzdəki müddətdə reallaşdırılacaq Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Toplantısının hazırlıqları barədə danışıb.
Davudoğlu Bərzani ilə etdiyi görüşdə də Kərkükdəki son vəziyyəti və Türkiyənin İraqın sabitliyi üçün hər cür dəstəyi verməyə hazır olduğunu vurğulayıb.
Davudoğlu sonda Bərzanini Türkiyəyə dəvət edib.Modern.az