Modern.az

“Google” ABŞ kəşfiyyatına işləyir – İDDİA

“Google” ABŞ kəşfiyyatına işləyir – İDDİA

Təhsil

27 Noyabr 2014, 10:26


““Google” axtarış sistemi faktiki olaraq, ABŞ hökumətinə, daha da konkretləşdirsək Dövlət Departamentinə işləyir”. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bu iddia ilə “Wikileaks” portalının yaradıcısı Culian Assanjın məxfi siyasi materiallarla bağlı yeni yazdığı və dekabrın 1-də işıq üzü görəcək kitabında yer alıb.

Culian Assanj  “Google” prezidenti Erik Şmidtlə  və 2011-ci ildə “Cared Koen” şirkətinin direktorlar şurasının üzvləri ilə keçirdiyi görüşdən sonra bu qənaətə gəlib.  

Assanj ""Google" "Wikileaks"-i necə tapdı" kitabında  iddia edir ki, sözügedən görüşdən sonra əmin olub ki, “Google” prezidenti Erik Şmidt həm də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Dövlət Departamentinin  emissarıdır. Kitabda qeyd olunur ki, Erik Şmidt həmçinin Federal Təhqiqatlar Bürosu və Mərkəzi Kəşfiyyat İdarəsinə elektron poçtla yazışmalara nəzarət üçün qeyri-məhdud giriş üçün imkanı yaradıb.  

Qeyd edək ki, Culian Assanj 2012-ci ildən bəri Ekvadorun Londondakı səfirliyində gizlənir.

O, Dövlət Departamentinə məxsus məxfi sənədləri yaymaqda şübhəli bilinir. ABŞ onu həm də, casusluq etməkdə ittiham edir.  

Aqşin Kərimov        

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı