Modern.az

Orxan Zeynalovun işinə Rusiya Ali Məhkəməsi baxacaq

Orxan Zeynalovun işinə Rusiya Ali Məhkəməsi baxacaq

Təhsil

27 Noyabr 2014, 10:51

Rusiya Ali Məhkəməsi Rusiya  vətəndaşı Yeqor Şerbakovu qətlə yetirməkdə təqsirli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovun apelyasiya şikayətinə baxacaq. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu il iyulun 28-də Moskva şəhər məhkəməsi tərəfindən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrum edilən Orxan Zeynalovun şikayət ərizəsi oktyabrın 23-də Ali Məhkəməyə daxil olub. Məhkəmənin qərarı ilə apelyasiya şikayətinə baxılması üçün proses noyabrın 27-nə təyin olunub. 

Rusiya mətbuatının məlumatına görə, Orxan Zeynalovun vəkilləri apelyasiya şikayətlərində Orxan Zeynalov barəsində cinayət işinin dayandırılmasını və hökmün ləğv olunmasını tələb edir.

2013-cü il oktyabrın 10-da Moskvanın Biryulovo rayonunda mübahisə zəmində 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirən Orxan Zeynalov keçirilən məhkəmədə özünü günahsız hesab edib.

Modern.az

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...