Modern.az

XİN-dən Avropa Parlamentinin prezidentinə ETİRAZ

XİN-dən Avropa Parlamentinin prezidentinə ETİRAZ

Təhsil

27 Noyabr 2014, 12:45


Avropa Parlamentinin prezidenti Martin Şultsun Avropa Parlamentinin 26 noyabr tarixində Strasburqda keçirilmiş plenar iclasında Azərbaycan ilə əlaqədar səsləndirdiyi fikirlərinə  Azərbaycan Xarici İşlər Nazirliyi münasibət bildirib.

XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az saytına açıqlamasında deyib ki, Avropa Parlamentin prezidentinin çıxışında Azərbaycana aid olan məqamlar təəssüf və narazılıq doğurur.

“Barəsində danışılan şəxs - Leyla Yunusova digər ittihamlarla bərabər, ən ağır cinayətlərdən hesab olunan vətənə xəyanətdə ittiham olunur və onun işi ilə əlaqədar istintaq davam edir. İstintaqın işinə müdaxilə qanunun aliliyinin pozulmasıdır.  Martin Şultş tərəfindən səsləndirilmiş Avropa Parlamentinin nümayəndə heyətinin Azərbaycana səfəri məsələsinə gəldikdə isə Avropa Parlamentinin nümayəndə heyətinin Azərbaycana səfəri ilə əlaqədar ölkəmizin müvafiq dövlət qurumlarına heç bir rəsmi müraciət daxil olmayıb. Martin Şults tərəfindən bu məsələnin təhrif olunmuş formada təqdim olunması təəssüf doğurur.  

Avropa Parlamentin bilavasitə mandatına aid olan Avropa İttifaqı üzv ölkələrində insan hüquqları ilə əlaqədar kifayət qədər problemlər vardır. İsmafobiya, anti-semitizm və ayrı-seçkilik meyllərinin artması, polis zorakılığı, əmək münasibətləri və miqrantların hüquqlarının pozulması bu sıradandır”,-deyə XİN rəsmisi söyləyib.

Hikmət Hacıyev onu da bildirib ki, Martin Şultşun bu problemlərə və eləcə də Ferqusson hadisələrinə, Brüsseldə və digər Avropa ölkələrində polis zorakılığına və qeyri-proporsional gücdən istifədə hallarına da yetərincə diqqət ayırması daha təqdirəlayiq olardı.      

Modern.az    

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı