
"12 noyabrda Azərbaycan ƏSGƏRİNİN Ermənistan ordusuna məxsus Mİ-24 hərbi helekopterini məhv etməsi 23 il bundan əvvəl erməni terrorçularının Xocavənd səmasında törətmiş olduqları faciənin cavabıdır!". Bunu Modern.az saytına Xocavənd rayon İcra Hakimiyyəti başçısının köməkçisi Şaiq Aslanov bildirib.
Xatırladaq ki, 1991-ci ilin 20 noyabrında Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi birəşmələri tərəfindən vurulan Azərbaycan helikopterində 22 nəfər həlak olub.
"23 il bundan əvvəl həmin faciədən sarsılan soydaşımızın əlində tutduğu plakatda yazıldığı kimi, Azərbaycan xalqı bütün olanlara görə qisas alacaq!"
"Və qisas heç vaxt qiyamətə qalmır!",-deyə Şaiq Aslanov əlavə edib.
Modern.az