Modern.az

Ukrayna parlamentində bu gün yeni spiker və baş nazir seçiləcək

Ukrayna parlamentində bu gün yeni spiker və baş nazir seçiləcək

Təhsil

27 Noyabr 2014, 14:26

Ukrayna Ali Radasının yeni tərkibdə ilk iclası keçirilib. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, iclası VII çağırış Ali Radanın sədri Aleksandr Turçinov açıb, yeni seçilən deputatlar and içdikdən sonra iki saatlıq fasilə elan olunub. Fasilədən sonra deputatlar parlamentin yeni spikerini seçəcək və ölkənin yeni baş nazirinin namizədliyi səsə qoyulacaq.

“Pyotr Poroşenkonun Bloku”nun rəhbəri Yuri Lutsenko deyib ki, bu gün koalisiyalar yaradılacaq, Ali Radanın yeni spikeri və baş nazir seçiləcək:

“Parlamentin növbəti – gələn həftənin ikinci gününə nəzərdə tutulan iclasında isə hökumətin tam tərkibi müəyyənləşdiriləcək”.


Modern.az
 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı