Modern.az

Arif Hacılı rəqiblərini yenidən “qucaqlaşmağa” dəvət etdi

Arif Hacılı rəqiblərini yenidən “qucaqlaşmağa” dəvət etdi

Təhsil

27 Noyabr 2014, 22:56


Müsavat başqanı Arif Hacılı ona etiraz edənləri yenidən barışığa dəvət edib. Modern.az saytının məlumatına görə Arif Hacılı rəqiblərinə bir daha “qucaqlaşaq” mesajı verərək barışıq təklif edib. O, özünün facebook hesabında bu barədə yazıb:

“Mən Sizi " gəlin qucaqlaşaq"- deyərək işığa doğru aparmağa çalışıram. Qaranlıqlar aydınlaşır. Bir azdan özünüz hər şeyi görəcəksiniz!”,-deyə Arif Hacılı bildirib.

Arif Hacılı bir müddət əvvəl rəqiblərini "qucaqlşmağa" dəvət etsə də, opponentləri bu təklifi rədd etmişdi.

Qeyd edək ki, Arif Hacılı Müsavat Partiyasının başqanı seçildikdən sonra təşkilat daxilində qalmaqallar səngimək bilmir. Ona etiraz edənlərin partiya daxilində fraksiya yaratması məsələsi də gündəmdədir. Arif Hacılı başqan olandan sonra Müsavat Partiyasının sıraları da seyrəlib. Bir neçə tanınmış müsavatçı partiyadan çıxdığını bəyan edib.  

Modern.az  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı