
Noyabrın 28-nə keçən gecə Avropa Liqasının qrup mərhələsində V turun oyunları keçirilib.
Modern.az saytı xəbər verir ki, bütün azərbaycanlı azarkeşlərin diqqəti Fransaya yönəlmişdi. Belə ki, turnirdə yeganə təmsilçimiz “Qarabağ” səfərdə Fransa “Sent Etyen”i ilə qarşılaşırdı. Bakıda keçirilən ilk oyunda rəqibi ilə qolsuz heç-heçə edən Qurban Qurbanovun komandası qrupdan çıxmaq şansını saxlamaq üçün səfərdən ən azı bir xalla dönməliydi. "Qarabağ" səfərə ciddi itliklərlə yollansa da, yaxşı nəticə ilə geri dönməyi bacardı.
Komandamız rəqib meydanında 1:1-lik heç-heçəyə nail olmaqla qiymətli xal qazandı ki, bu da “Qarabağ”ın qrupda 2-ci yerə qalxması ilə nəticələndi.
Qeyd edək ki, təmsilçimizin rəqibləri “İnter” (İtaliya) və “Dnepr” (Ukrayna) klublarının oyununda 2:1 hesabı ilə qalib gələn italyanlar növbəti mərhələyə vəsiqəni özlərinə təmin etdilər.
İndi "Qarabağ" növbəti mərhələyə çıxmaq üçün dekabrın 11-də Bakıda "İnter"ə mütləq qalib gəlməlidir.
"Sent-Etyen" (Fransa) – "Qarabağ" (Azərbaycan) – 1:1
“İnter” (İtaliya) - “Dnepr” (Ukrayna) – 2:1
| S | Komandalar | O | Q | H | M | T-F | Xal |
| 1. | İnter | 5 | 2 | 2 | 0 | 4:1 | 8 |
| 2. | Qarabağ | 5 | 1 | 2 | 2 | 3:5 | 5 |
| 3. | Sent Etyen | 5 | 0 | 5 | 0 | 2:2 | 5 |
| 4. | Dnepr | 5 | 1 | 1 | 3 | 3:5 | 4 |