Modern.az

Zakir Qaralovdan yeni təyinatlar

Zakir Qaralovdan yeni təyinatlar

Təhsil

28 Noyabr 2014, 10:24



Prokurorluq orqanlarında kadr dəyişikliyi olub. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavab olaraq bildirib ki, baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlərlə Gəncə şəhər prokuroru Adil Vəliyev və Yasamal rayon prokuroru Həsrət Pirməmmədov səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar tutduqları vəzifədən azad ediliblər.

Onlar Baş Prokurorluqda idarə prokuroru vəzifələrinə təyin ediliblər.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı