Modern.az

Fəttah Heydərov: “...Azərbaycanın ağsaqqalı yox idi”

Fəttah Heydərov: “...Azərbaycanın ağsaqqalı yox idi”

Təhsil

28 Noyabr 2014, 11:15

“Dünyada müharibələrin getdiyi bir vaxtda Azərbaycanda ailə dəyərlərinə dair bu cür tədbirlərin keçrilməsi cəmiyyətimizdə gedən proseslərin işıqlandırılması üçün çox vacibdir”. Modern.az xəbər verir ki, bunu Respublika Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərov milli-mənəvi ailə dəyərləri mövzusunda keçirilən konfransda deyib.

Onun fikrincə, bu gün Azərbaycan dünyanın hər yerində nümunəvi dövlət kimi tanınır:
“Ailə bir dövlətdir, ailə möhkəmdirsə, dövlət də möhkəmdir. Bu cür məsələlər zəruridir. SSRİ dağılandan sonra Azərbaycan məhrumiyyətlərlə üzləşdi. Səbəb o idi ki, dövlətin ağsaqqalı yox idi. Amma Heydər Əliyev zamanında xalqı məhrumiyyətlərdən xilas etdi. KİV-lər hər gün yeni qurulan ailələri təbliğ etməlidir. Onların daha da möhkəm olması üçün çalışmalıyıq. Hər gün qətl hadisələri törədilir, qadınlar zorakılığa məruz qalır. Bu cür tədbirlərin keçirilməsi çox faydalıdır”.

Namidə BİNGÖL

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı