Modern.az

“Qalatasaray”ın yeni baş məşqçisinin adı məlum oldu

“Qalatasaray”ın yeni baş məşqçisinin adı məlum oldu

Təhsil

28 Noyabr 2014, 11:42


Dünən “Qalatasaray” rəhbərliyinin istefaya göndərdiyi italiyalı baş məşqçinin yerinə yerli mütəxəssis gətirilib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu, hazırda milli komandanın məşqçilərindən biri olan Hamza Hamzaoğludur.

Qeyd edək ki, Hamza Hamzaoğlu bundan əvvəl “Akhisar Belediyyespor” futbol klubunun baş məşqçisi olub. Məlumatda qeyd edilir ki, klub rəhbərliyi Hamza Hamzaoğlunun “Qalatasaray”a baş məşqçi gətirilməsini gün ərzində rəsmən açıqlayacaq.

Çempionlar Liqasının qrup mərhələsinin növbəti oyununda Belçikanın “Anderlext” klubuna 0:2 hesabı ilə məğlub olduqdan sonra “Qalatasaray” klubunun rəhbərliyi italiyalı baş məşqçi Prandellinin istefaya göndərilməsini vacib hesab edib. Uzun müzakirələrdən sonra Prandelli dünən axşam istefaya göndərilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı