Modern.az

Oqtay Əsədovdan Avropa Parlamentinin sədrinə ittiham

Oqtay Əsədovdan Avropa Parlamentinin sədrinə ittiham

Təhsil

28 Noyabr 2014, 12:15

“Artıq açıq şəkildə yalan danışmağa başlayırlar”

“İlk növbədə Avropa İttifaqının daxilindəki ölkəyə, onlardakı diskriminasiyaya baxsınlar, sonra başqa ölkələrin daxili işlərinə qarışsınlar”. Modern.az saytı xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında spiker Oqtay Əsədov Avropa Parlamentinin sədri Martin Şultsun Azərbaycanı tənqid etməsinə münasibət bildirərkən deyib.

Parlament sədri bildirib ki, onlar Azərbaycanla bağlı bütün məsələlərə münasibət bildirirlər: “Onların məgər başqa işləri-gücləri yoxdur?! Artıq açıq şəkildə yalan danışmağa başlayırlar”.

Spiker onu da qeyd edib ki, Azərbaycan Avropa Parlamenti ilə yaxşı əlaqələr qurmağa çalışır, lakin bəzən qarşı tərəf buna imkan vermir.
Avropa Parlamentinin sədri Martin Şults Azərbaycanda insan haqları ilə bağlı tənqidi fikirlər səsləndirib.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı